Dağlıq Qarabağda erməni əsgərlər öldü

Dağlıq Qarabağda erməni əsgərlər öldü
17:07 12-02-2020 | icon 737

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində Ermənistan əsgərləri ölüb.

Bu barədə “Sputnik Armeniya” xəbər yayıb.

Bildirilir ki, bu gün yerli vaxtla saat 11:30-da 2000-ci il təvəllüdlü Tiqran Manvelyan odlu silahla yaralanaraq ölüb.

Saat 13:00-da isə 2000-ci il təvəllüdlü Tiqran Mxoyan da odlu silah yarasından ölüb.

Hər iki ölüm faktının başvermə səbəbi məlum deyil.

Hadisələrin təfərrüatı araşdırılır.