Azərbaycanlılara görə qanunu pozdu

Azərbaycanlılara görə qanunu pozdu
11:42 12-02-2020 | icon 502

Rusiyanın Novosibirsk şəhərində yerli sakin azərbaycanlıları saxta sənədlə qeydiyyata salıb.

Bu barədə Nsktv.ru Novosibirsk Vilayət Prokurorluğunun mətbuat xidmətinə əsasən xəbər yayıb.

Bildirilir ki, Aleksey Noskov adlı şəxs ümumilikdə 150 əcnəbini qeydiyyata salıb.

O, ümumi sahəsi 19,7 kvadrat metr olan mənzilinə Azərbaycan, Tacikistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan 139 xarici vətəndaşı “yerləşdirib”.

“Günahlandırılan şəxsə məxsus yaşayış məskənində xarici vətəndaşlar yaşamayıb”, - deyə Prokurorluqdan bildirilib.

Həmin şəxs artıq cərimə edilib, onu üç ilə qədər həbs gözləyir.