Qanunu pozan azərbaycanlılar deportasiya edildilər

Qanunu pozan azərbaycanlılar deportasiya edildilər
11:28 12-02-2020 | icon 590

Rusiyanın Tomsk vilayətində qanunsuz yaşayan azərbaycanlılar deportasiya edilib.

Tomsk.kp.ru-nun xəbərinə görə, ötən il vilayətdən çıxarılan 240 əcnəbinin arasında azərbaycanlılar da olub.

Ölkədə miqrasiya qanunvericiliyini pozan digər şəxslər Özbəkistan, Tacikistan, Çin, Qırğızıstan, Ukrayna, Gürcüstan, Türkmənistan vətəndaşlarıdır.

Həmin şəxslər Rusiyanın federal büdcəsi hesabına öz ölkələrinə göndəriliblər.