Dağlıq Qarabağda erməni əsgəri öldü

Dağlıq Qarabağda erməni əsgəri öldü
15:56 09-02-2020 | icon 1174

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgəri ölüb.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Xəbərdə bildirilir ki, Dağlıq Qarabağ ərazisinin cənubunda, hərbi hissələrin birində 2001-ci il təvəllüdlü erməni əsgəri Valeriy Petrosyan həlak olub.

Hadisə yerli vaxtla saat 07:45-də baş verib.

Hələlik ölümün səbəbi müəyyən edilməyib.