Zabratda iki qəzada altı nəfər yaralanıb

Zabratda iki qəzada altı nəfər yaralanıb
01:42 25-01-2020 | icon 386

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən avtomobil qəzaları baş verib.  

milletinsesi.info xəbər verir ki, ilk hadisə Zabrat qəsəbəsində qeydə alınıb.  

Belə ki, qəsəbə ərazisində iki minik avtomobilinin toqquşması zamanı beş nəfər - 1965-ci il təvəllüdlü Əliyev Hüseyn Əzizağa oğlu, 1962-ci il təvəllüdlü Masayev Məhəmmədəli Tofiq oğlu, 1986-cı il təvəllüdlü Rüstəmzadə Murad Əlibala oğlu, qardaşı, 1980-ci il təvəllüdlü Rüstəmzadə Valeh Əlibala oğlu və 24 yaşlı Qafarov Rafael Yaşar oğlu xəsarət alıblar.  

Yaralılar 3 saylı şəhər xəstəxanasına aparılıb. V.Rüstəmzadəyə müştərək travma diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.  

Vəziyyəti orta-ağır qiymətləndirilir.  

Digər qəza da Zabrat qəsəbəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması zamanı 1992-ci il təvəllüdlü Qasımzadə Ülviyyə Rasim qızı ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.  

Hadisənin təfərrüatı araşdırılır.