Türkiyədə növbəti güclü zəlzələ: Dağıntılar var

Türkiyədə növbəti güclü zəlzələ: Dağıntılar var
22:56 24-01-2020 | icon 175

Türkiyədə növbəti güclü zəlzələ olub 

milletinsesi.info xəbər verir ki, Elazığda baş verən təkanların gücü 6,8 bal olub. 

Elazığ şəhərinin Sivrice rayonunda 20.55-də qeydə alınan zəlzələnin episentri yerin 7 kilometr dərinliyində olub. 

Təkanlar ətraf rayonlarda da hiss olunub.  

İlkin məlumatlara görə, hadisə nəticəsində dağıntılar olsa da, ölən yoxdur. 

Avropa Aralıq Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələ İsrail, İraq və Suriyada da hiss olunub. 

Qeyd edək ki, bir neçə gün əvvəl Manisada da zəlzələ olmuşdu.