İstanbul nəhəngi baş məşqçisini qovdu

İstanbul nəhəngi baş məşqçisini qovdu
20:35 24-01-2020 | icon 341

İstanbulun “Beşiktaş” klubu baş məşqçisi Abdullah Avcı ilə yollarını ayırıb. 

milletinsesi.info xəbər verir ki, Türkiyə klubu bunu uğursuz nəticələrlə əlaqələndirib. 

İstanbul nəhəngi rəsmi saytı vasitəsilə Avcı ilə vidalaşdığını bəyan edib:  

“İdarə Heyətimiz Abdullah Avcı ilə yolları ayırmaq qərarına gəlib. Ona xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”. 

Qeyd edək ki, Avcı İstanbul nəhəngi ilə ötən mövsüm müqavilə imzalamışdı.