Almaniyada öz ailə üzvlərinə atəş açan şəxs altı nəfəri öldürdü

Almaniyada öz ailə üzvlərinə atəş açan şəxs altı nəfəri öldürdü
20:21 24-01-2020 | icon 95

Almaniyada Ştutqartın şimal-şərqindəki Baden-Vyurtemberq federal ərazisində yerləşən Rot-am-Ze icmasında atışma zamanı 6 nəfər həlak olub.

Bu barədə “Bild” nəşri informasiya yayıb.

Polis isə rəsmi olaraq “bir neçə” nəfərin həlak olduğunu, daha bir neçə nəfərin isə yaralandığını açıqlayıb.

“Merkur” qəzətinin məlumatına görə, cinayətkar və qurbanları tanış olublar. Cinayətkarın öz ailə üzvlərinə atəş açdığı ehtimal olunur.

“Focus” nəşri isə şübhəli şəxsin saxlandığını, hadisə ilə bağlı başqa şübhəlinin olmadığını yazıb.