Sərxoş kişinin dişlədiyi it öldü

Sərxoş kişinin dişlədiyi it öldü
20:07 24-01-2020 | icon 106

Qanada sərxoş kişinin dişlədiyi it ölüb.

“Pulse”nin yaydığı xəbərə görə, 45 yaşlı Jastis Aflakpuiyə it hücüm edərək onun ayağını dişləyib.

O da itin ardınca qaçaraq onu dişləyib və nəticədə ağzından köpük gələn it ölüb.

Aflakpuinin “cin” tərkibli “akpeteşi” adlı spirtli içki içdiyi bildirilir.

Akpeteşi Qanada geniş yayılan spirtli içkidir. Sərtliyi 40-50 promil olan içki fermentləşdirilmiş palma şərabından və ya şəkər qamışı suyundan hazırlanır.