Çatdırdığı pizzaların içinə tüpürən kuryer tutuldu - VİDEO

Çatdırdığı pizzaların içinə tüpürən kuryer tutuldu - VİDEO
18:56 23-01-2020 | icon 334

Sifariş üçün apardığı pizzanın paketini açaraq tüpürür və bunu cib telefonunun kamerasına çəkir.

“Haber Global”ın məlumatına görə, hadisə Türkiyənin Eskişehir şəhərində qeydə alınıb.

Müəssisəyə quraşdırılan müşahidə kameralarında görünür ki, kuryer bundan sonra binanın beşinci mərtəbəsinə çıxaraq, pizzanı sifarişçi Hüseyn Alyüzə təslim edib.

Bunu müşahidə kamerasından izləyən bina sahibinin qohumu dərhal hadisə barədə Alyüzə xəbər verib. O da öz növbəsində məhkəməyə müraciət edib.

Kuryer Burak S.-nin işinə dərhal son verilib.

Məhkəmədə prokuror ona qarşı iki ayrı maddə ilə “istehlak ediləcək hər çeşid qidaya zəhər qataraq və ya başqa şəkildə onu xarab edərək şəxslərin həyatını və sağlamlığını təhlükəyə atmaq” (2-15 il) və “mala zərər vermək” (4 aydan 32 ilə qədər) maddəsi ilə ümumilikdə 18 ilə qədər həbs cəzası tələb edib.