Hacı Salayev namizədliyini geri götürüb

Hacı Salayev namizədliyini geri götürüb
17:23 23-01-2020 | icon 751

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd, millət vəkili Hacı Salayev namizədliyini geri götürüb.

Unikal.org-un əldə etdiyi məlumatına görə, Hacı Salayev 9 fevral VI çağırış növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi ilə bağlı qeydə alındığı seçki dairəsinə müraciət edib. 

DSK-dan xəbəri Unikal.org-a təsdiqləyiblər. 
 

Namizədliyini geri götürmüş Hacı Salayev bəzi məqamlara aydınlıq gətirib: “Namizədliyimi geri götürməyimdə heç bir ciddi səbəb yoxdur. İki dəfə deputat olmuşam, bəsdir. Haqqımda o qədər nahaqdan yazdınız ki, deputat olduğuma peşman oldum. Haqqımda son yazılanlara baxdım və qərar verdim ki, deputat olmayım. İstəmirəm ailəmin, uşaqlarımın ünvanına nahaq yazılar yazılsın. Ona görə geri çəkildim ki, məni yaddan çıxartsınlar”.

Hacı Salayev son olaraq xahişini də dilə gətirib: “Haqqımda nahaq yazan jurnalistlərdə bir xahişim var. Həmin yazıları pozsunlar”.

Xatırladaq ki, Hacı Salayev 2010-cu il IV-cü və 2015-ci il V-ci Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Qeyd edək ki, Hacı Salayev Fövqalədə Hallar Naziri Kəmaləddin Heydərovun yaxın dostudur.