Şəkini kimlər zibilləyir? - VİDEO

Şəkini kimlər zibilləyir? - VİDEO
16:00 23-01-2020 | icon 124

Şəkinin tarixi qoruq ərazisində, Qurcana çayında yaranan antisanitar vəziyyət dözülməz həddə çatıb. Müşahidələr onu göstərir ki, ərazini məhz həmin məhəllədə yaşayan sakinlər zibilləyir. 

Baku TV xəbər verir ki, ərazidə zibil yeşikləri olmasına baxmayaraq, bu hal sakinlərdə “vərdiş” halını alıb.

Həmin ərazidə yol genişləndirilərək bərkidilib, Qurcana çayında on illərin zibilliyi ləğv edilib, dağılmaq təhlükəsi olan tarixi minarə bərpa olunub. Ancaq yenə sakinlər evlərinin yaxınlığında zibil yeşikləri olmasına baxmayaraq, tullantıları çay hövzəsinə atırlar. 

Məhəllə sakinləri Kommunal Təssərüfat İdarəsi ilə müqavilə bağlamaq əvəzinə, köhnə “vərdişlə” tullantıları çay hövzəsinə atırlar. 

İndiyə kimi cərimə mexanizminin az tətbiq olunması ərazidə yaşayan insanların təbiətə biganə yanaşmasına şərait yaradır. 

Ancaq aidiyyəti qurumlar bundan sonra ərazini zibilləyən insanlara qarşı cərimələrin daha sərt olacağını bildirirlər. Məhəllədə olan lövhə də artıq bunu deməyə əsas verir.