İçkili polis iki piyadanı əzdi

İçkili polis iki piyadanı əzdi
04:35 20-01-2020 | icon 99

Ukraynanın Odessa şəhərində poliş əməkdaşı avtomobil idarə edərkən iki piyadanı vurub.

“Qordon” xəbər verir ki, sürücü avtomobili içkili vəziyyətdə idarə edib.

Məlumata əsasən, işdən sonra 27-yaşlı polis əməkdaşı "Opel" markalı avtomobilini içkili vəziyyətdə sürərkən şlaqbaumu aşırdaraq yoldan keçən piyadaları vurub.

Nəticədə bir kişi və bir qadın müxtəlif dərəcəli xəsarətlər alıb.