Bakı-Astara yolunda qəza: Xəsarət alanlar var

Bakı-Astara yolunda qəza: Xəsarət alanlar var
00:56 20-01-2020 | icon 123

Bakı-Astara avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un məlumatına görə, hadisə yolun 60-cı kilometrliyində qeydə alınıb. 

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində sərnişinlər – 1961-ci il təvəllüdlü Zeynalov Samir Mütəllim oğlu və 1981-ci il təvəllüdlü Qurbanov Turan Mirəyyar oğlu xəsarət alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. 

Hər iki yaralıya baş, gicgah və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub. 

Faktla bağlı araşdırma aparılır.