Dünya okeanının temperaturu rekord həddə çatdı

Dünya okeanının temperaturu rekord həddə çatdı
07:07 14-01-2020 | icon 224

2019-cu ildə Dünya okeanının temperaturu rekord həddə çatıb ki, bu da iqlim dəyişməsinin sürətlənməsindən xəbər verir.

“The Guardian” xəbər verir ki, belə qənaətə amerikalı alimlər gəliblər.

Tədqiqatlara əsasən, son beş il okean üçün ən isti illər olub. 1987-2019-cu illərdə qlobal istilənmənin sürəti dörd dəfə artıb. Bu öz növbəsində buzluqların sürətli əriməsinə gətirib çıxarıb.

Alimlərin fikrincə bu əsrin sonuna kimi dəniz səthi bir metr qalxacaq və 150 milyon insanın köçünə səbəb olacaq.