Bakı komandası “KiViN-2020” festivalını fəth etməyə yollandı

Bakı komandası “KiViN-2020” festivalını fəth etməyə yollandı
03:56 14-01-2020 | icon 452

Rusiyanın Soçi şəhərində 31-ci Beynəlxalq “KiViN-2020” festivalı start götürüb.

milletinsesi.info xəbər verir ki, festivalda iştirak edən 500-dən artıq komandanın içində Azərbaycan təmsilçisi də yer alıb.

Bu il Azərbaycan ŞHK-sı Soçiyə yeni kollektiv – “Sbornaya televizionnıx veduşşix” (“Televiziya aparıcıları yığması”) komandasını ezam edib. Yeni konsept - yeni ulduzlar. Komandanın bəzi iştirakçıları artıq Bakı çempionudurlar, digərləri Rusiyanın Birinci kanalında “Sbornaya Baku” komandasının heyətində çıxış ediblər.

Hər il Soçidə keçirilən festival əfsanəvi oyunun ən iri toplantısıdır və ənənəyə görə, bu il də iki turdan ibarət olacaq. Qala-konsert yanvarın 23-ə nəzərdə tutulub. Orada əsas liqalara vəsiqə qazanmış komandalar çıxış edəcəklər.