Bakı-Sumqayıt yolunda “kamikadze” sürücü - VİDEO

Bakı-Sumqayıt yolunda “kamikadze” sürücü - VİDEO
17:28 13-01-2020 | icon 453

Bakı-Sumqayıt avtomagistralında əks yol çıxaraq, hərəkətin digər iştirakçılarına təhlükə yaradan sürücü kameraya düşüb. 

milletinsesi.info xəbər verir ki, “Opel” markalı, 10-VB-212 dövlət nömrə nişanlı avtomobil sürət həddi 90 km/saat olan yolda ən sol zolaqla əks yola çıxıb. 

Həmin görüntülər Bakı istiqamətində hərəkət edən avtomobillərdən birindəki kameraya əks olunub. 

Görüntülər yolun Xırdalandan keçən hissəsində qeydə alınıb.