Azərbaycanın bu rayonları ağ örpəyə büründü - VİDEO

Azərbaycanın bu rayonları ağ örpəyə büründü - VİDEO
13:28 13-01-2020 | icon 303

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın əksər rayonlarına qar yağıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 8, Sarıbaşda (Qax) 7, Daşkəsəndə 6, Xınalıq, Qırızda 5, Şahbuzda 4, Sədərəkdə 3, Naxçıvan, Altıağac, Ordubad, Şərurda 2, Qusar, Xaltan, Gədəbəydə 1 sm-ə çatıb.

Havanın minimal temperaturu dağlıq ərazilərdə 3-7, yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta təşkil edib.

milletinsesi.info rayonların ağ örpəyə bürünməsinin görüntülərini təqdim edir: