Bakıdan İstanbula gedən təyyarə Ankaraya eniş etdi

Bakıdan İstanbula gedən təyyarə Ankaraya eniş etdi
12:28 07-01-2020 | icon 1579

Sabiha Gökçen aeroportunun baş vermis insident səbəbindən bağlanması ilə əlaqədar “Buta Airways”in J2-9103 nömrəli reysində hava gəmisinin kapitanı Ankaranın hava limanına eniş etmək qərarı verib.

milletinsesi.info-ın məlumatına görə, təyyarə yerli vaxtla 10:57-də Esenboğa aeroportunda uğurlu eniş həyata keçirib. 

Sabiha Gökçen aeroportundan icazə alındıqdan sonra təyyarənin heyətinin İstanbula uçuşa hazırlaşacağı gözlənilir. İstanbul aeroportundan məlumat alındıqca xəbər yenilənəcək.

Qeyd edək ki, bu gün İstanbulun Sabiha Gökçen hava limanında qəza baş verib. Bu səbəbdən 15:00-dək bütün uçuşlar təxirə salınıb.