Həbib onu təhqir edənləri dişləmək istədiyini etiraf edib

Həbib onu təhqir edənləri dişləmək istədiyini etiraf edib
21:14 15-12-2019 | icon 84

Rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədov irland rəqibi Konor Makqreqorla 2018-ci ilin oktyabrında aralarında olan döyüşü xatırlayıb.

TASS-ın məlumatına görə, 31 yaşlı mütləq çempion həmin döyüş zamanı emosiyalarını necə boğduğundan danışıb:

“Mənim üçün bu çox anlaşılmaz idi. Necə ola bilir ki, mənim kimi idmançı məni təhqir eləsin. Mən onları dişləmək istəyirdim”.

Qeyd edək ki, həmin döyüş Həbibin qələbəsi ilə yekunlaşmışdı. Lakin döyüşdən sonra tərəflər arasında qalmaqal yaşanmışdı.