Ev şəraitində ucuz saç boyasından istifadə etmək qadına baha başa gəldi - VİDEO

Ev şəraitində ucuz saç boyasından istifadə etmək qadına baha başa gəldi - VİDEO
17:56 06-12-2019 | icon 170

Ev şəraitində ucuz saç boyasından istifadə edən qadın üçüncü dərəcəli kimyəvi yanıq xəsarəti alıb.

Bu barədə “The Sun” xəbər yayıb.

Bildirilir ki, Avstraliyadan olan 20 yaşlı Ennaliza Foks ev şəraitində tünd saçlarının rəngini açmağa çalışarkən baş dərisini yandırıb. 

Həmin gün xəstəxanaya yerləşdirilən Foksa birinci dərəcəli yanıq xəsarəti diaqnozu qoyulub. Lakin həkimlər fotonu ağır yanıqlar şöbəsinə göndərdikdə məlum olub ki, qız üçüncü dərəcəli ağır yanıq xəsarəti alıb.

Baş verənlərdən sonra Foks  yanmış dərisinin fotosunu “Facebook”da paylaşıb və bildirib ki, bu həyatının ən böyük səhvi idi.

“Mən rənglənmiş saçlarımı termoplyonkaya bükərək, supermarketə daha bir boya qutusu almaq üçün getdim, çünki birinin çatmayacağından narahat idim. Başım yanmağa başladı və boyanı yumaq üçün evə tələsdim”, - deyə qız sosial şəbəkədə yazıb.

Foks digər qızlara xəbərdarlıq edərək, onları boya seçimində diqqətli olmağa çağırıb.

“Bilirəm ki, əksər insanlar saçlarını evdə boyayırlar və mənim səhvimi təkrarlaya bilərlər. Onu da bilirəm ki, çox axmaq qərar vermişdim”.