İsrail yeni raket sistemini sınaqdan keçirdi

İsrail yeni raket sistemini sınaqdan keçirdi
13:00 06-12-2019 | icon 68

İsrail Hərbi Qüvvələri yeni raket mühərrik sistemini uğurla sınaqdan keçirdiklərini elan edib.

milletinsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyindən məlumat verilib.

Beləliklə, hərbçilər İsrail raket qrupunun modernləşməsinin növbəti mərhələsini yekunlaşdırıblar. 

Nazirlik məlumat verir ki, raket qurğusunun sınağı İsrailin mərkəzi ərazisində həyata keçirilib. Əvvəldən proqramlaşdırılmış  sınaq atışları ardıcıl şəkildə həyata keçirilib. 

İsrail hərbi arsenalı amerikanın “Patriot” və “Hets” həmçinin “Dəmir Günbəz” və “Praşa David”  havadan müdafiə sistemi ilə təchiz olunub.