Qarabağ müharibəsi əlili Rafiq Həsənov yeni evə köçüb

Qarabağ müharibəsi əlili Rafiq Həsənov yeni evə köçüb
17:46 02-12-2019 | icon 1239

Azərbaycan dövlətinin və cənab Prezident İlham Əliyevin hərtərəfli qayğısı ilə əhatə olunan Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin mənzil probleminin həlli sona yetməkdədir.

Bu istiqamətdə İsmayıllı rayonunda da genişmiqyaslı işlər görülür, tədbirlər həyata keçirilir. Tikintisinə başlanmış 10 fərdi yaşayış evi də həmin qayğının yeni, daha bariz təzahürü kimi qarşılanır.

İnşa olunan evlərdən biri-Qarabağ müharibəsi əlili Rafiq Həsənov üçün şəhərin perspektiv inkişaf fondu ərazisində tikilən ev istifadəyə verilib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi və icraçılığı ilə tikilən ev birmərtəbəli,kürsülü, üç otaq və bir mətbəxdən ibarətdir. Həyətyanı sahə tam daş hasara alınıb, abadlaşdırılıb,evə su,qaz və elektrik xətti çəkilib.

Rafiq Həsənov və ailəsi həyatlarına bəxş olunan bu yenilik və rahatlıq üçün ölkə rəhbərinə dərindən minnətdarlıqlarını bildiriblər.

ev qaz1

ev qaz2

ev qazi