Qarabağda bir erməni əsgər öldü, biri yaralandı

Qarabağda bir erməni əsgər öldü, biri yaralandı
15:42 02-12-2019 | icon 56

Dekabrın 2-də Ermənistan ordusu Azərbaycanın işğal altında olan torpaqlarında yerləşən hərbi hissələrdən birində daha bir hərbi qulluqçusunu itirib.

milletinsesi.info Ermənistan KİV-ə istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Artur Acamyan naməlum səbəblərdən ölüb.

1999-cu il təvəllüdlü David Melibekyan isə yaralanıb.

Hadisənin təfərrüatını öyrənmək üçün təhqiqat aparılır.

Aqşin Kərimov