Şeyx Əbdül eyvanı uçan qəzalı binada yaşayır 

Şeyx Əbdül eyvanı uçan qəzalı binada yaşayır 
12:35 02-12-2019 | icon 67

Ötən həftə Şamil Əzizbəyov 179 ünvanında yerləşən və divarı uçan yaşayış binasındakı evlərdən biri də mənimdir.

Bunu milletinsesi.info-a açıqlamasında məşhur rejissor, Xalq artisti Əbdül Mahmudov deyib.

Xalq artisti bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlardan gəlsələr də, heç bir nəticə yoxdur:

“Həmin binanın üçüncü mərtəbəsində yaşayıram. Hadisə baş verdikdən sonra kirayədə yaşamaq üçün pul verdilər. Bir neçə qonşum razılaşdı. Sonradan peşman oldular. Amma mən razı olmadım. Niyə sənədli evimdən çıxıb kirayədə yaşamalıyam? Bu yaşımda kirayədə qala bilmərəm. Yeni ev tikib verə bilərlər. Hətta evimin pulunu da verə bilərlər. Özümə yeni ev alaram”.

“Məsələ ilə bağlı Prezident İlham Əliyevə müraciət edəcəm. Hazırda yazını hazırlayıram. Hər zaman Prezidentimi və dövlətimi dəstəkləmişəm. Bilirəm ki, Prezident İlham Əliyev bina ilə bağlı göstəriş verib”.