Zaqatalalı gənc daşlardan möhtəşəm əl işləri hazırlayır - FOTO

Zaqatalalı gənc daşlardan möhtəşəm əl işləri hazırlayır - FOTO
00:35 01-12-2019 | icon 51

 Zaqatalalıgənc incəsənətin çox az rast gəlinən növlərindən olan mozaika və dağlama sənətini yaşadır.

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, hazırladığı əl işləri ilə çoxlarını heyrətə salan 29 yaşlı Həbibullah Babayevin ali təhsili yoxdur. 

İncəsənətə marağını irsi sayan həmsöhbətimiz uşaqlıqdan düzəltdiyi müxtəlif əşyalarla diqqət çəkib. Lazımsız maşın şinləri, mişar və qaya daşlarına ikinci həyat verən H.Babayev bu sənətin sirlərinə kimsənin köməyi olmadan, öz marağı nəticəsində yiyələnib.

O, səbr və diqqət tələb edən əl işlərini hazırlamaq üçün 3-5 gün vaxt  sərf edir. Düzəltdiyi əşyaları əsasən öz həyətində sərgiləyən gənc bu bacarığına qazanc yox, hobbi kimi baxır. 

H.Babayev əl işlərini satmasa da, bir neçə işini hədiyyə kimi qohumlarına verib. Olduqca yaradıcı və maraqlı gənc olan qəhrəmanımız gələcəkdə bu sənəti inkişaf etdirmək istəyir.