Ərindən boşanmaq istəyən qadının iki uşağı da sevgililərindən çıxdı - VİDEO

Ərindən boşanmaq istəyən qadının iki uşağı da sevgililərindən çıxdı - VİDEO
17:28 30-11-2019 | icon 96

Həyat yoldaşından çimmədiyi üçün boşanmaq istəyən qadınının ona xəyanət etməsi və iki uşağının da başqa kişilərdən olması ortaya çıxıb.

milletinsesi.info xəbər verir ki, aparıcı Esra Erolun proqramına müraciət edən Məlahət adlı qadının yalanı üzə çıxıb.  Altı illik həyat yoldaşından təmiz olmadığı və çimmədiyi üçün boşanmaq istəyən qadının ona xəyanət etməsi proqram vasitəsilə məlum olub.

Esra Erolun istəyi ilə həyata keçirilən DNT testinin cavablarına əsasən, iki uşağın da sevgililərindən olması açıqlanıb.

Məlahət ilk uşağının Cəlal adlı birindən olmasını etiraf edib.

İkinci uşağının isə sevgilisi Mehmed Muhammad Günəşdən olduğunu desə də, test cavabları onun yalanını üzə çıxarıb. Uşağın başqa bilinməyən növbəti sevgilisindən olması hər kəsi şok edib.  

Bütün həqiqətləri proqram zamanı öyrənən həyat yoldaşı anındaca qadından boşanıb.

Sevinc Yasinqızı