Avstraliyada daha bir ŞOK əməliyyat: Azərbaycandan göndərildiyi iddia olunan 3,4 milyonluq narkotik tutuldu

Avstraliyada daha bir ŞOK əməliyyat: Azərbaycandan göndərildiyi iddia olunan 3,4 milyonluq narkotik tutuldu
18:07 27-11-2019 | icon 74

Avstraliya hüquq-mühafizə orqanları Azərbaycandan göndərildiyi ehtimal edilən 3.4 milyon dəyərində, 20 kiloqramdan artıq çəkidə tiryək müsadirə ediblər. 

Bu barədə Avstraliyanın “The Daily Telegraph” dərgisi məlumat yayıb.

Dərgidə bildirilir ki, aviakonteynerin yük yerində tapılan 20 kiloqramdan çox narkotik maddə ilə əlaqədar iki nəfərə qarşı ittiham irəli sürülüb. 

Bəyannaməyə əsasən, konteynerdə dəmir qazanların yerləşdiyi deyilsə də, avstraliyalı sərhədçilər yük yerində 20 torbada tiryək aşkarladıqları ehtimalını irəli sürüblər. 

Yeni Cənubi Uels ştatının polisləri müsadirə etdiyi uyuşdurucunun istintaqını apararkən izlər Merilends və Smitfildin evlərinə, həmçinin, Ventvortvilledə yerləşən anbarların birinə gətirib çıxarıb. Axtarış nəticəsində gizli yerdə bazar dəyəri 150 min dollar olan daha 300 qram heroin aşkar edilib.

Ötən cümə günü 40, 45 və 61 yaşlarında olan üç kişi həbs edilib. Pendl-Hilldən olan 40 yaşlı şəxsə və Merilendsdən olan 61 yaşlı kişiyə ölkəyə narkotik gətirmə ittihamı irəli sürülüb. Saxlanılan üçüncü şəxs isə sərbəst buraxılıb. 

Daha əvvəl verilən məlumatda Azərbaycandan göndərildiyi ehtimal edilən 7,5 kiloqram çəkidə və 5,6 milyondan dollar qiyməti olan metamfetaminin (narkotik və hallüsinasiya xüsusiyyəti olan sintetik maddə) müsadirə edildiyi bildirilirdi.