Həbib Nurməhəmmədovun atası: Bir arvadım var, ikincisi planlaşdırılır, üçüncüsü isə...

Həbib Nurməhəmmədovun atası: Bir arvadım var, ikincisi planlaşdırılır, üçüncüsü isə...
23:21 19-11-2019 | icon 98

UFC çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov “Mir” kanalına verdiyi müsahibədə tezliklə çoxarvadlı olacağını bildirib.  

“Daha üç yer boşdur: bir arvadım var, ikincisi planlaşdırılır, üçüncüsü isə... Bilmirəm, olacaqmı? Allah kişilərə müraciət edib: iki, üç, dörd nəfərlə evlənin. Sizcə, qadınlar inciyirlər? Əminliklə deyə bilərəm ki, bu, sizin üçün gizlidir və bilmirsiniz.  

Ümumiyyətlə, qadına həmişə hörmətlə yanaşmaq lazımdır, çünki kiminsə qızı, bacısı, arvadı, anasıdır”, - deyə böyük Nurməhəmmədov bildirib.  

Qeyd edək ki, mövcud Ailə Məcəlləsinə görə, Rusiyada evli şəxslərə daha bir nəfərlə nikaha icazə verilmir.  

Rəşad Əliyev