Tərtərdə Rusiya vətəndaşı hamamda boğulub öldü

Tərtərdə Rusiya vətəndaşı hamamda boğulub öldü
21:56 19-11-2019 | icon 65

Tərtər rayonunda bədbəxt hadisə baş verib. 

milletinsesi.info-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Qaradağlı kədində qeydə alınıb. 

Belə ki, Rusiya Federasiyasının vətəndaşı, 1969-cu il təvəllüdlü Nəbiyev Nəbi Səməd oğlu hamamda çimərkən dəm qazından boğularaq ölüb. 

Faktla bağlı araşdırma aparılır.