BDU rektorundan gözəl təşəbbüs: Aztəminatlı tələbələrə yardım olunacaq

21:28 19-11-2019
|
50

Bakı Dövlət Universitetində təhsil alan aztəminatlı ailələrdən olan və valideynini itirmiş tələbələrə dəstək layihəsi çərçivəsində gündəlik, biri 3 manat dəyərində yemək kuponu pulsuz olaraq veriləcək.
milletinsesi.info xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov öz “Facebook” hesabında yazıb.
O bildirib ki, BDU-nun rektoru Elçin Babayev bununla bağlı müvafiq göstəriş verib.
Qərar noyabrın birindən etibarən icra olunur.