Siyavuş Novruzov: Bir evi beş nəfər satırlar, məhkəmələr isə qərar çıxaranda narazı qalırlar

Siyavuş Novruzov: Bir evi beş nəfər satırlar, məhkəmələr isə qərar çıxaranda narazı qalırlar
14:00 19-11-2019 | icon 84

Bu gün insanların ən çox narazı qaldığı sahələrdən biri məhkəmələrlə bağlıdır. 

milletinsesi.info-ın məlumatına görə, bunu Milli Məclisin iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. 

Deputat bildirib ki, eyni mənzilin bir neçə nəfərə satılmasının məhkəmə qaydasında həlli əlavə problemlər yaradır. 

“Bəzən görürsən ki, bir mənzili beş nəfərə satırlar. Amma məhkəmə qərar çıxarır, həmin mənzil bir nəfərə çatır. Amma digər dörd nəfər məhkəmə qərarından narazı qalır”, - deyə S.Novruzov əlavə edib. 

S.Novruzov bildirib ki, bu gün əməli saleh olmayan hakimlər var, ancaq məsələlərə kompleks yanaşılmalıdır. 

S.Novruzov məhkəmələrin ixtisaslaşdırılmasını da təklif edib.