Fransa prezidentinə sui-qəsd planlaşdıranlar həbs olunub

Fransa prezidentinə sui-qəsd planlaşdıranlar həbs olunub
23:42 17-11-2019 | icon 74

Fransa prezidenti Emmanuel Makrona sui-qəsd hazırlamaqda şübhəli bilinən 2 kişi saxlanılıb.

RBC.ru bildirir ki, hər iki şübhəli ultrasağçı qruplaşmanın üzvləridirlər. Onlar barəsində həbs qərarı verilib.

Müstəntiqlər sui-qəsd planının Makronun Şarlevil-Mezer şəhərinə səfəri zamanı planlaşdırıldığını müəyyənləşdiriblər. Bununla bağlı artıq 6 nəfər saxlanılıb. Onlar Makrona hücum planlaşdırdıqlarını etiraf ediblər.

Sui-qəsd planı 63 yaşlı təqaüdçü Jan-Pyer Buyerin telefon danışığının dinlənilməsi ilə məhv olub. Buyer telefon danışıqlarından birində deyib ki, prezidentə metal detektorun aşkar etmədiyi keramika bıçağı ilə hücüm etmək istəyir.

Buyer öz tərəfdarlarından birinin evinə gedəndə polis işə qarışıb. Onun avtomobilinin yük yerində keramika materiallı bıçaq aşkarlanıb.

Şübhəli şəxslərin evlərində aparılan axtarışların gedişatında külli miqdarda silah aşkarlanıb.