Bakı-Quba yolunda qəza: xəsarət alanlar var - FOTO

Bakı-Quba yolunda qəza: xəsarət alanlar var - FOTO
23:07 17-11-2019 | icon 133

Bakı-Quba yolunda qəza baş verib.

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Quba yolunun Siyəzənin Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“KamAz” markalı yük maşını ilə “Vaz 21010” markalı avtomobil toqquşub. Qəza nəticəsində 3 nəfər ağır xəsarət alıb.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.