Qubada iki avtomobil toqquşdu, xəsarət alanlar var

Qubada iki avtomobil toqquşdu, xəsarət alanlar var
18:56 17-11-2019 | icon 58

Qubada iki minik avtomobili toqquşub. Nəticədə 2 nəfər xəsarət alıb.

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, hadisə Quba şəhəri ərazisində baş verib.

“Priora” markalı avtomobillə VAZ-2107 markalı avtomobil toqquşub.

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Quba Mərkəzi Rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.