Sərbəst güləş millimiz Dağıstanda belə hazırlaşır - VİDEO

Sərbəst güləş millimiz Dağıstanda belə hazırlaşır - VİDEO
18:28 17-11-2019 | icon 54

Sərbəst güləş yığmamız noyabrın 11-dən Dağıstanda təlim-məşq toplanışı keçir.

milletinsesi.info xəbər verir ki, Mahaçqalada keçirilən hazırlıq prosesi noyabrın 23-dək davam edəcək. Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərlik etdiyi komandamız yerli güləşçilərlə birgə təlim-məşq toplanışında iştirak edir.

Azərbaycan Güləş Federasiyasiyasının vitse-prezidenti Firdovsi Umudovun da səfər etdiyi Mahaçqaladakı hazırlıq prosesi həm fiziki, həm də taktiki-texniki çalışmalardan ibarətdir.