Avtomobil qəzası 350 abonenti qazsız qoydu - FOTO/VİDEO

Avtomobil qəzası 350 abonenti qazsız qoydu - FOTO/VİDEO
17:35 17-11-2019 | icon 67

Qazax şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 76 mm diametrində daşıyıcı orta təzyiqli qaz xətti zədələnib. 

Bununla bağlı “Azəriqaz” İB məlumat yayıb. 

Hadisə şəhərin  N.Nərimanov küçəsində, Hüseynbəyli kəndində qeydə alınıb. 

Qəza nəticəsində 350 abonentin qaz təminatında fasilə yaranıb.