Yaponiya ABŞ-ın müttəfiqlərlə bağlı fikrini bəyənmədi – 8 mlrd dollar ödəməkdən imtina etdi

Yaponiya ABŞ-ın müttəfiqlərlə bağlı fikrini bəyənmədi – 8 mlrd dollar ödəməkdən imtina etdi
03:56 17-11-2019 | icon 74

Yaponiya təmsilçiləri Vaşinqtonun ölkələrinin ərazisində ABŞ hərbçilərinin saxlanması haqqını dörd dəfə artırmaq təklifini “qeyri-real” adlandırıblar. 

Reuters”in verdiyi məlumata əsasən, bununla yanaşı, Yaponiya XİN bu mövzuda danışıqların hələ də davam etdiyi haqqında informasiyanı təsdiqlənməyib.

Yaponiya xarici siyasət idarəsində yeni sazişlə bağlı danışıqların gələn ilin əvvəlində başlanacağını bildiriblər. ABŞ Dövlət Departamenti isə öz növbəsində qeyd edib ki, Birləşmiş Ştatların müttəfiqləri onları müdafiə etmək üçün daha çox pul ödəməlidirlər. Xarici siyasət idarəsinin nümayəndəsinin sözlərinə görə, prezidentin mövqeyi belədir.

Müddəti 2021-ci ildə başa çatacaq müqaviləyə əsasən, Yaponiya bu ölkəni müdafiə etmək üçün ABŞ-a təxminən 2 milyard dollar ödəyir. Bu qiymətə Okinava adasında Amerika bazasının fəaliyyəti, həmçinin Yeddinci donanmanın gəmilərinə xidmət daxildir. Buna görə də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və MTX-də Asiya regionu üçün cavab verən Met Pottincer yaponları Vaşinqtona 8 milyard dollar ödəməyə razı salmağa çalışırdı.