Maye qazın qiymət artımı ölkədə böyük narazılığa səbəb olub

Maye qazın qiymət artımı ölkədə böyük narazılığa səbəb olub
23:34 16-11-2019 | icon 967

Ölkədə məişət maye qazın qiymətinin süni şəkildə qaldırıldığını iddia edən Şirvanlı sahibkar, 63 yaşlı iş adamı Qurbanxan Dəmirov məsələylə bağlı ölkə rəhbərliyinə video müraciət ünvanlayıb. 

İş adamının bildirdiyinə görə MMQ QSC-nin rəhbərliyi, bahalaşmanı keçmiş Baş nazir Novruz Məmmədovun 23 avqust 2019-cu il tarixli sərəncamına əsaslanan“Tənzimləmə haqqında” sərəncamından irəli gəldiyini bildirir. 

 Yaxın dövrlərədək tonu 300 manata satılan,  hazırda 950 manata satılan maye qazın sahibkarlarla yanaşı, istehlakçılar tərəfindən də mənfi qarşılaşdığını bildirən şikayətcinin videomüraciətini izləyicilərimizə təqdim edirik: