Biləsuvarda azyaşlını avtomobil vurub

Biləsuvarda azyaşlını avtomobil vurub
20:07 12-11-2019 | icon 75

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, hadisə Biləsuvar şəhər M.İbrahimov küçəsində qeydə alınıb. Belə ki, “Mersedes” markalı avtomobil hərəkətdə olan zaman yolu keçmək istəyən 2009-cu il təvəllüdlü Aydın Əliyevi vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan azyaşlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.