Səfər Əbiyev müdafiə naziri olanda 6 dəfə sarımsaq tenderi keçirib

 Səfər Əbiyev müdafiə naziri olanda 6 dəfə sarımsaq tenderi keçirib
17:00 12-11-2019 | icon 7526

"Səfər Əbiyev müdafiə naziri olanda təkcə bir il ərzində (2010-cu il) dövlət satınalmaları üzrə 6 dəfə sarımsaq tenderi keçirmişdi." Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli öz facebook səhifəsində yazıb.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli qeyd edib ki, bu məqsədlə həmin il toplam 621 min 300 manat vəsait "xərclənmişdir": 

"Müdafiə Nazirliyi (sarımsaq) - Bakı zonası Sünbül KFT - 159,500.00 manat
 Müdafiə Nazirliyi (sarımsaq) - Gəncə zonası Zəhmət MMC - 208,000.00 manat
 Müdafiə Nazirliyi (sarımsaq) - Beyləqan zonası Bostançı KFT MMC - 105.000,00 manat
 Müdafiə Nazirliyi (sarımsaq) - Masallı zonası İlqar-06 MMC - 13.200,00 manat
 Müdafiə Nazirliyi (sarımsaq) - Qusar zonası Araz-MS MMC - 8800.00 manat
 Müdafiə Nazirliyi (sarımsaq, soğan) - "MÜDÜR" KFT MMC, Tural KFT, İlqar-06, XəZər MMC - 126,800.00 manat."

Sonda araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib ki, Səfər Əbiyev nə vaxtsa memuarlarında yazacaq ki, sarımsağın iyi ön cəbhəyədək yayılmışdı, amma Bakıda bunu hiss edən olmadı...

P.S. Məsələ ilə bağlı Səfər Əbiyev ilə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı. Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq.