Hacıqabulda ağır qəza: İki nəfər öldü - FOTO

Hacıqabulda ağır qəza: İki nəfər öldü - FOTO
23:35 09-11-2019 | icon 112

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın yerli bürosu xəbər verir ki, ilkin məlumata görə, 14-BF-094 dövlət nömrə nişanlı “Xəzər” markalı minik avtomobili Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində idarəetmədən çıxaraq dəmir sədlərə çırpılıb. 

Hadisə nəticəsində biri kişi, digəri qadın olmaqla iki nəfər ölüb.  

Bir nəfər isə xəstəxanaya yerləşdirilib. 

Qəzada ölənlərin kimliyi hələlik bəlli deyil.