Daşkəsəndə ana və azyaşlı övladı yoxa çıxdı

Daşkəsəndə ana və azyaşlı övladı yoxa çıxdı
13:28 08-11-2019 | icon 32

Daşkəsən rayonunda ana və azyaşlı övladı itkin düşüb. 

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb. 

Ellazəliyev Asif Qurban oğlu Polis Şöbəsinə müraciət edərək bildirib ki, həyat yoldaşı Ellazəliyeva Suğra Tofiq qızı azyaşlı övladı Ellazəliyeva Zeynəblə birlikdə evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Faktla bağlı araşdırma aparılır.