Baş nazir özünə yeni köməkçi təyin etdi

Baş nazir özünə yeni köməkçi təyin etdi
14:21 07-11-2019 | icon 10686

Baş Nazir Əli Əsədovun Nazirlər Kabinetində kadr islahatları davam edir.

Report xəbər verir ki, Ə.Əsədovun sərəncamı ilə Zakir Paşayev Baş nazirin köməkçisi vəzifəsinə təyin edilib.

Bununla da Baş nazirin köməkçilərinin sayı üçə çatıb.

Qeyd edək ki, Baş Nazirin digər köməkçiləri - Ələsgər Ələsgərov və Sabir Bayramovdur.