Xocalıda şücaət göstərən Tahirə Türkiyədə əməliyyat edildi - FOTO

Xocalıda şücaət göstərən Tahirə Türkiyədə əməliyyat edildi - FOTO
13:28 07-11-2019 | icon 29

Xocalıdakı qətliam xəbərini alan kimi 500 əsgərlə Bakıdan keçərək döyüş bölgəsinə yollanan, qəhrəmanlığı səbəbindən “Nənə Xatun”a bənzədilən, gözündən aldığı qəlpə yarası ilə qazi olan sabiq lentenant və Türk Birliyi Partiyasının xarici ölkələrlə iş məsələləri üzrə baş katibinin köməkçisi Tahirə Məsimzadə İzmirdə sağlamlığına qovuşub. 

milletinsesi.info xəbər verir ki, Qəbələdə doğulan və hazırda İzmirdə yaşayan T.Məsimzadə Atagöz göz xəstəxanasında həkim Onur Aydın tərəfindən əməliyyat edilib. 

O, son günlər gözlərində görmə zəifliyinin olduğunu və buna görə həkimə müraciət ediyini deyib:

“Gözlərimin görmədiyini hiss etdim və çox qorxdum. Xocalıda gözümə qəlpə dəyib və gözümün kənarında kiçik çuxur meydana gəlib. O çuxura çirk dolur. Mustafa Kamal Atatürkün “Məni türk həkimlərinə əmanət edin” sözünə əməl edib müayinə olundum, əməliyyat uğurlu keçdi. Bir əməliyyatla problemim həll edildi”.  

Samir İsayev