Qanalma

Qanalma
12:42 05-11-2019 | icon 49

Qanalma (BLC) (yəni həcəmət) çin, yunan, ərəb, türk, farslara məxsus fərqli mədəniyyətlərdə artıq 2000 ildən çoxdur ki, ənənəvi alternativ müalicə üsuludur. Həcəmət üsulunun müəyyən xəstəliklərin kontrol edilərək qarşısının alınmasında və hemostazı dəstəkləyərək ömrü uzatmasına dair faktlar var.

Həcəmət yüksək qan təzyiqi zamanı bədəndən qal alaraq və ya almayaraq, qançır olan yerləri təmizləyir. Həcəmət nəm vanna şəraitində qançır olan yerləri plastik, bambuk, gil, silikon, şüşə qablar vasitəsilə xaric edir. Bundan sonra qançır olmuş nahiyələr çərtilir, ora yığılmış qan sovrularaq qablara yığılır.

Tədqiqatçılar həcəmət üsulunun effektivliyini fərqli ağrılarda və xəstəliklərdə: boyun, çiyin və bel ağrısı, gərginlik, miqren zamanı baş verən ağrılar, kəskin xroniki iltihab, infeksiya xəstəlikləri, immun sisteminin zədələnməsi, şəkərli diabet, depressiya zamanı baş verən narahatlıq, yuxunun keyfiyyəti, ürək ritminin pozulması və hipertoniyada yoxlayıblar.

Həcəmətin hipertoniyada effektivliyi ziddiyyət doğurub. Həcəmətin hipertoniya xəstəliyinin müalicəsində müsbət təsirinin olub-olmadığını məhşur portalda verilmiş reportajdan öyrənə bilərsiniz. Tibbi araşdırma nəticəsində həcəmətin qan təzyiqinə müsbət təsiri olduğunu müəyyən ediblər.

Çox sayda iştirakçı ilə aparılmış bir klinik araşdırma həcəmətin qan təzyiqinə müsbət təsir göstərə biləcəyini üzə çıxarıb. Nəticə Ajman Universitetinin tədqiqat komitəsi tərəfindən təsdiqlənib. Həcəmət terapiyasına müraciət edən hipertoniyalı xəstələr barədə Ajman və Sharjah (BƏƏ) şəhərlərində üç həcəmət mərkəzinə, Dubayda yerləşən xəstəxanalardan birinə müraciət edilərək məlumat alınıb.

Həcəmət mərkəzlərində təzyiqi 40 mm-dən aşağı və 140 mm-dən yuxarı olan 60 yaşa qədər 60 kişinin xəstəlik tarixçəsi araşdırılıb.

Hipertoniyanı müalicə etmək üçün həcəmət terapiyası üç seansdan ibarət olub və hər seansdan əvvəl qan təzyiqi ölçülüb. Seanslar arasında bir ay fasilə verilib. Həm diastolik qan təzyiqi (DBP), həm də SBP məlumatları üç ay ərzində əldə edilib.

Nəticələr həcəmətin üç seansında (149,2  130,8 mm Hg arasında) SBP-də ciddi azalmaya səbəb olduğunu üzə çıxarıb, belə ki, təzyiq 9,6 mm Hg aşağı düşüb.

Üçüncü həcəmət seansında DBP, baza səviyyəsindən 92 ilə 87.0 mm Hg arasında azalıb.

Üç seans ərzində DBP-də bir qədər azalma qeydə alınıb. Bunun əksinə olaraq, ənənəvi terapiyada DBP 93.4-dən 86.0 mmHg-ə qədər əhəmiyyətli dərəcədə azalıb. Üçüncü həcəmət seansında DBP-nin müqayisəsi əhəmiyyətli bir dəyişiklik göstərməyib.

Həcəmət ilə hipertoniyalı xəstələrdə SBP-nin azalması arasında açıq bir əlaqə olduğu düşünülür. Beləliklə, həcəmət antihipertonik dərmanların dozasını azalda bilən ənənəvi terapiyaya əlavə kimi istifadə edilə bilər. SBP-nin azalmasına həcəmətin təsiri öyrənilməlidir.

Hipertoniyalı xəstələr üçün həcəmət terapiyasının faydası həm artıq interstisial, həm də damardaxili mayenin və zərərli metabolik maddələrin götürülməsinə əsaslanır. Həcəmət terapiyasının, qan təzyiqinin azalmasına səbəb ola bilən yığılmış vazoaktiv maddələr və sərbəst radikallar da daxil olmaqla, endogen azot oksidinin istehsalını və ifrazını stimullaşdırması proqnozlaşdırılır.

Həcəmət mütəxəssisləri xəstəliyin səbəblərinin səthi ola biləcəyini və ya müəyyən nöqtələrdə dəri ilə əlaqəli olan daha dərin orqanlarda ola biləcəyini düşünürlər. Bu patologiyalar təmiz səthi kəsiklər vasitəsilə mənfi təzyiqə məruz qaldıqda aradan qaldırıla bilər, bu da qan axınını artırır. Bununla belə, bu izahat səthidir və kifayət qədər sübut tələb edir.

2014-cü ildə yayımlanan bir araşdırmanın nəticələrinə görə həcəmət və nəzarət qrupu arasında SBP və ya DBP arasında ciddi fərqlər olmayıb və müəlliflər bunu araşdırılan xəstələrin sayının az olması ilə izah ediblər.

2015-ci ildə çox sayda xəstə ilə aparılan başqa bir araşdırma həcəmət terapiyasının hipertoniya xəstələrində SBP səviyyəsinin aşağı salınmasında təsirli olduğunu göstərdi. Üstəlik, 2018-ci ildə aparılan bir araşdırma göstərdi ki, SBP həcəmət terapiyasından əvvəl və sonra əhəmiyyətli dərəcədə dəyişsə də, nəticələrimizə görə DBP-də heç bir ciddi fərq olmayıb.

Ajman Universiteti Komitəsi tərəfindən təyin olunan dərman preparatlarından başqa əlavə və alternativ dərmanlar axtaran arterial hipertoniya xəstələri ilə fərdi görüşlər əsasında  araşdırma aparılıb.

Onlara həcəmət terapiyasının qan təzyiqini necə endirə biləcəyini izah etmək üçün bir neçə variant təklif edilib. Həcəmət prosedurundan istifadə edərək qanın (50 ml-dən çox ola bilər) arteriyalardakı həcmi azaldılır və  bu, qan təzyiqinə birbaşa təsir göstərir. Bununla birlikdə, hüceyrə və hüceyrədənkənar maye ilə tez bir zamanda kompensasiya edilə bilən kiçik bir həcmin əhəmiyyətli təsir göstərməsi ehtimalı azdır.

Həcəmət terapiyasının müxtəlif növ ağrıları azalda biləcəyi sübut olunsa da, ağrı hipertoniya ilə əlaqəli olduğuna görə həcəmət birbaşa və ya dolayı yolla qan təzyiqinə təsir edərək ağrıları azaldır.

Ağrı simpatik fəaliyyəti artırır və buna görə qan təzyiqini artırmaq qabiliyyətinə malikdir. Bundan əlavə, bir çox xəstəyə ağrılarını sakitləşdirmək üçün qeyri-steroid dərmanlar (QSİD) təyin olunur. Bununla birlikdə, diüretiklər, beta-blokatorlar, angiotensin yaradan ferment inhibitorları və kalsium kanal blokerləri kimi antihipertensiv dərmanların faydalı təsirlərini azaldır.

Beləliklə, ağrının azalması simpatik pressorun təsirini (birbaşa təsir) azaldır, eyni zamanda, QSİD-lərin təsirini (dolayı təsir) azaldır və bu da, ümumiyyətlə, qan təzyiqinin azalmasına səbəb olur. Bu fərziyyə gələcəkdə klinik sınaqlarda diqqət mərkəzində olacaq.

Sevinc İbrahimova