Piyadanı şikəst edən sürücü niyə tapılmır?

Piyadanı şikəst edən sürücü niyə tapılmır?
17:27 03-11-2019 | icon 9430

Gəncə sakini İlqar Əliyev redaksiyamıza müraciət edib. 

O,  bildirib ki, 2018-ci il 14 oktyabr tarixində Gəncə-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu tərəfindən vurularaq ağır vəziyyətə salınıb. 

Piyada qeyd edir ki, onu  90-RX-513 nömrə nişanlı  avtobus vurub:

“Bu gün 2019-cu il noyabr ayıdır və məni vuran sürücünü Azərbaycan polisi tapa bilmir.  Bir iti, bir cücəni vuranı tapırlar amma bir ildir ki, məni vuran sürücünü tapa bilmirlər. Sürücü Gəncə şəhərinin girəcəyində “Nizami məqbərəsi” deyilən ərazidə məni vurub. Gəncə şəhər 3 nömrəli xəstəxanada 3 gün huşsuz halda olmuşam. Sonra Gəncə şəhərində özəl xəstəxanada müalicə almışam. Özəl xəstəxanada müalicə olmaq bilirsiniz nə deməkdir? Mən bir ildir müalicə alıram.  Məni vuran həmin avtobusun sahibinin tapılmasını və  mənə vurduğu ziyanı  ödəməsini tələb edirəm”.