Dünyasını dəyişmiş ən yüksək ödənişli 13 ULDUZ

Dünyasını dəyişmiş ən yüksək ödənişli 13 ULDUZ
08:28 03-11-2019 | icon 33

Amerikanın “Forbes” jurnalı hətta ölümündən sonra da böyük məbləğdə pul qazanmağa davam edən məşhurların illik reytinqini nəşr edib.

Beləliklə, bu dəfə 13 iştirakçıdan 9-nun musiqiçi olduğu dünyasını dəyişmiş ən yüksək ödənişli məşhurların reytinqini təqdim edirik:

1. Maykl Cekson: 60 mln dollar

Ölüm tarixi: 25 iyun 2009-cu il

Ölüm səbəbi: narkotikin doza həddini aşma /qətlə yetirilmə

Pop musiqisinin kralının mahnılarının dinləmələrinin sayı kəskin artıb: ABŞ-da  1 il öncəki 1,8 milyardla müqayisədə bu il 2,1 milyard a çatıb

“Forbes” bildirir ki,  “Mijac Music” kataloqu,  Las-Veqasdakı şou və  “Sony” ilə uzunmüddətli müqavilədən əldə edilmiş mənfəət sayəsində Cekson ardıcıl yeddi il ərzində ən yüksək ödənişli ölmüş məşhur  adını saxlaya bilib.

2. Elvis Presli: 39 mln dollar

Ölüm tarixi: 16 avqust 1977-ci il

Ölüm səbəbi: infarkt

Onilliklər ərzində Elvisin “Qreysland” mülkünə hər il 500 mindən artıq ziyarətçi gəlir ki, bu da sahiblərini yaxın zamanlarda “Memfis Presli” adlı tikintiyə 45 milyon dollar sərmayə qoymağa sövq edib.

3. Çarlz Şults: 38 mln dollar

Ölüm tarixi: 12 fevral 2000-ci il

Ölüm səbəbi: xərçəng

“Snoopy”nin yaradıcısı “Peanuts” komikslər franşizasının 70 illiyi ərəfəsində də qazanmağa davam edir.

“Snoopy”nin təsvirindən reklamda istifadə edən “MetLife” sığorta şirkəti ilə lisenziya müqaviləsinin müddəti bu il başa çatır.

4. Arnold Palmer: 30 mln dollar

Ölüm tarixi: 25 sentyabr 2016-cı il

Ölüm səbəbi: ürək xəstəliyi

Dünyasını dəyişmiş qolfçuya pulu “MasterCard” və “Rolex” ilə əməkdaşlıq gətirir.

Həmçinin idmançının adını daşıyan içkiləri də qeyd etmək lazımdır: “Arizona”nı istehsal edən şirkətin buraxdığı alkoqolsuz içki və “MolsonCoors”un istehsal etdiyi spirtli içki.

5. Bob Marli: 20 mln dollar

Ölüm tarixi: 11 may 1981-ci il

Ölüm səbəbi: xərçəng

Marlinin  mahnılarının ABŞ-da təxminən 1 milyard dinləməsi var. Bu populyarlıq “House of Marley” markası altında olan malların satılmağına kömək edir.

6. Həkim Syuz: 19 mln dollar

Ölüm tarixi: 24 sentyabr 1991-ci il

Ölüm səbəbi: xərçəng

“Hallmark”, “Universal Studios” və digər şirkətlərlə lisenziya müqavilələri son 12 ayda ABŞ-da 5 milyondan çox kitab satmış nəşriyyat imperiyasının böyüməsinə kömək edib.

7. Con Lenon: 14 mln dollar

Ölüm tarixi: 8 dekabr 1980-ci il

Ölüm səbəbi: qətlə yetirilib

“Abbey Road”un  buraxılmasının əllinci ildönümü “The Beatles”in striminq servislərində  populyarlığının artmasına gətirib çıxardı.

Son bir il ərzində albomların 2,2 mln-dan artıq ekvivalenti satılıb ki, bu da hər hansı digər mərhum musiqiçidə olduğundan daha çoxdur. Lennonun şəxsi kataloqunun satışı 52% artıb.

8. Merilin Monro: 13 mln dollar

Ölüm tarixi: 5 avqust 1962-ci il

Ölüm səbəbi: narkotikin doza həddini aşma

Lisenziyalaşdırma məsələsinə gəldikdə, Merilin ən məşhur mərhum ulduzlardan biridir. İndi onun hesabı “Zales” zərgərlik kolleksiyası, eləcə də “Chanel” və “Montblanc” kimi markalar sayəsində böyüyür.

9. Prins: 12 mln dollar

Ölüm tarixi: 21 aprel 2016-cı il

Ölüm səbəbi: narkotikin doza həddini aşma

"Bənövşəyi yağış"ın ulduzu mahnılarını satmağa davam edir. Bir il ərzində Prinsin 320 min fiziki albomu satılıb və yarım milyard onlayn dinləmələri olub. Bu, ötən ildəkindən 12% çoxdur.

10. Nipsi Hassl: 11 mln dollar

Ölüm tarixi: 31 mart 2019-cu il

Ölüm səbəbi: qətlə yetirilib

Nipsi öz əsərlərinə hüquqlarını qoruyub və nəticədə 1,85 milyard dinləmə (siyahımızın iştirakçıları arasında üçüncü göstərici) indi yaşayan və ya mərhum artistlərdən istənilən birinə nisbətən daha çox özünü doğruldub.

11. XXXTentacion: 10 mln dollar

Ölüm tarixi: 18 iyun 2018-ci il

Ölüm səbəbi: qətlə yetirilib

Onun mahnılarının dinlənmə göstəriciləri ötən illə müqayisədə 27% azalıb. Lakin Cənubi Floridanın ziddiyyətli reperi ABŞ-ın bütün ölən məşhurları arasında ən çox dinlənilən olaraq qalır (5,6 milyard dinləmə).

12. Vitni Hyuston: 9,5 mln dollar

Ölüm tarixi: 11  fevral 2012-ci il

Ölüm səbəbi: boğulma

Bu ilin mayında müğənninin irsinin yarısının  müəllif hüquqlarının 7 milyon dollar dəyərində satışı, həmçinin onun “Spotif”də artıq 175 mln-dan çox dinləmə toplamış “Higher Love” kaverinin remiksinin uğuru  Hyustonun “Forbes” reytinqində debüt etməyinə imkan verib.

13. Corc Harrison: 9 mln dollar

Ölüm tarixi: 29 noyabr 2001-ci il

Ölüm səbəbi: xərçəng

Lennon kimi Harrison da “The Beatles” albomlarının təkrar buraxılmasından, həmçinin Las-Veqasdakı möhtəşəm dördlük haqqında “Cirque du Soleil” şousundan gəlir əldə edib. Bu, ona 2011-ci ildən bəri ilk dəfə “Forbes” reytinqinə qayıtmağa imkan verib.