Yevlaxa gedəcəyini dedi, itkin düşdü

Yevlaxa gedəcəyini dedi, itkin düşdü
09:21 02-11-2019 | icon 33

 Bakıdan Yevlaxa gedən qız itkin düşüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Xətai rayonu, M.Hadi küçəsi, ev 72, mənzil 28-də yaşayan, 1997-ci il təvəllüdlü Əhmədova Qəmər Elşən qızı oktyabrın 29-da yaşadığı evdən çıxaraq Yevlaxa getdiyini bildirsə də, itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.