Anasının ehtiyatsızlığı ucbatından iki yaşlı uşaq ağır yanıq xəsarətləri aldı

Anasının ehtiyatsızlığı ucbatından iki yaşlı uşaq ağır yanıq xəsarətləri aldı
02:07 01-11-2019 | icon 51

Qazaxda diqqətsizlik ucbatından 2 yaşlı uşaq ağır yanıq xəsarətləri alıb.

milletinsesi.info-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun özündə baş verib. Belə ki, G.Kərimovanın üzərinə qaynar su tökülüb. Nəticədə uşağın bədəninin müəyyən hissəsi yanıb.

Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilən uşağın vəziyyəti orta-ağır kimi qiymətləndirilir. İlkin məlumatlara görə, hadisə uşağın anası M.Kərimovanın ehtiyatsız davranması nəticəsində baş verib.